Qan təzyiqini aşağı sala bilən bəzi qidalar qan damarlarını təbii şəkildə genişləndirməyə, sidikqovucu təsir göstərməyə və ya natrium balansını tənzimləməyə kömək edə bilər. Kardioloqlar qan təzyiqini ən tez aşağı salan 10 qidanı təqdim edir:
Sarımsaq – qan damarlarını genişləndirərək qan axını artırır.
Banan – tərkibindəki yüksək kalium ilə artıq natriumu tarazlaşdırıb qan təzyiqini aşağı salmağa kömək edir.
Qatıq – kalsiumla zəngin olduğu üçün damarları rahatladır.
Çuğundur – tərkibində nitrat olduğu üçün qan damarlarını genişləndirir, suyunu içmək qan təzyiqini tez aşağı salır.
Limonlu su – bədəni qələviləşdirir və damarları rahatlaşdıraraq qan təzyiqini tarazlaşdırır. Səhər acqarına içildikdə daha təsirli ola bilər.
Nar – antioksidantlarla zəngindir və şirəsi müntəzəm içildikdə qan təzyiqini aşağı salır.
İspanaq – tərkibindəki maqnezium və kaliumla damar sağlamlığını dəstəkləyir. Qan təzyiqini tənzimləyir.
Zeytun yağı – sağlam yağlar qan təzyiqini aşağı salmağa kömək edir.
Kərəviz – təbii bir sidikqovucudur və bədəndən artıq natriumu çıxarır. Qan təzyiqini aşağı salmaqda faydalı ola bilər.
Darçın – qan dövranını sürətləndirir və təbii olaraq təzyiqi aşağı salır. Çayda və ya yeməkdə istifadə edilir.
Z.HÜSEYNLİ
XQ