AZ

Latakiyada güclü partlayış baş verib, ölənlər var

Suriyanın cənubundakı Latakiya şəhərində güclü partlayış nəticəsində azı üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Suriya-TV” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində Ər-Raml məhəlləsindəki binalardan biri uçub, bir neçə sakin xəsarət alıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Telekanalın məlumatına görə, hadisə yerinə yerli mülki müdafiə qüvvələrinin xilasetmə qrupları cəlb olunub. Uçmuş evin dağıntıları altında qalan yaralıların xilas edilməsi üçün işlərə başlanılıb.
Seçilən
0
3
sherg.az

4Mənbələr