AZ

Durovun Dubaya uçuş xəbərindən sonra "Toncoin" kəskin bahalaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Toncoin" kriptovalyutası onun yaradıcısı Pavel Durovun Fransadan Dubaya uçması xəbərindən sonra 21,58% bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Fransa məhkəməsi "Telegram"ın qurucusu Pavel Durovun ölkəni tərk etməsinə icazə verib. Durova bir neçə həftəyə qayıtmaq şərti ilə Fransanı tərk etməyə icazə verilib.
Durov ötən il avqustun 24-də Fransanın "Le Burje" hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. O, qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur.
Seçilən
6
oxu.az

1Mənbələr