AZ

“Beşiktaş” səfər qarşılaşmasında məğlub olub

Türkiyə Super Liqasında XXVIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Konyaspor" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 top həll edib. Ev sahibləri meydanda 9 nəfərlə qalmalarına baxmayaraq, "qara qartal"ı 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Turun digər matçında "Trabzonspor" Fatih Tekkenin rəhbərliyi altında bu gün ilk görüşünü keçirib. "Başakşəhər"lə səfərdə qarşılaşan komanda, rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

Türkiyə Super Liqası
XXVIII tur

21:30. "Konyaspor" - "Beşiktaş" - 0:1
21:30. "Başakşəhər" - "Trabzonspor" - 0:3

Seçilən
0
1
apa.az

2Mənbələr