Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında "Ümraniyespor"la qarşılaşıb.
QOL.az xəbər verir i, 30-cu turun görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Yeganə qolu 59-cu dəqiqədə Yurgen Bardi vurub.
Vüsal oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 88-ci dəqiqədə Enes Aliçin əvəzinə meydana çıxıb..
O, 90+6-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.
“Boluspor” hazırda turnir cədvəlində 44 xalla 6-cıdır.