Rusiya ABŞ Prezidenti Donald Trampın heyranlığına səbəb olan güclü nüvə dövlətidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Rusiya çoxlu mineral ehtiyatlara, güclü nüvə gücünə malik nəhəng ölkədir. Belə bir ölkə açıq-aydın Donald Tramp kimi birində müəyyən heyranlıq doğurur. Bu o demək deyil ki, o, Rusiyaya hər hansı xeyirxahlıq etmək istəyir. Onu hər şeydən əvvəl öz çıxarları maraqlandırır: Amerikanı yenidən möhtəşəm etmək”, - deyə Merkel vurğulayıb.