AZ

Yəmənə endirilən zərbələr nəticəsində 31 nəfər öldü

Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi "X" hesabında bildirib.

Qeyd edək ki, Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verib.


Seçilən
6
metbuat.az

1Mənbələr