AZ

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb

“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-ın endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi bildirib.

“İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə qarşı hücumları nəticəsində 31 nəfər həlak olub, daha 101 nəfər yaralanıb”, - deyə "X" səhifəsində yazıb.

Seçilən
17
14
xezerxeber.az

10Mənbələr