AZ

Lavrov avropalı həmkarı ilə danışdı

Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament aydınlaşdırıb ki, Rubio və Lavrov Səudiyyə Ərəbistanında keçirdikləri son görüşlərdən sonra gələcək addımları müzakirə ediblər və ABŞ və Rusiya arasında əlaqələrin bərpası üçün işi davam etdirmək barədə razılığa gəliblər.

Dövlət katibi, həmçinin Lavrova ABŞ-ın Yəməndə husilərə qarşı hərbi əməliyyatı barədə məlumat verib.

Seçilən
19
hafta.az

1Mənbələr