
Ağır təzyiqlərə qarşı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı planına etiraz olaraq adada nümayişlər keçirilib.“Ulusum”.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli Sermitsiaq nəşri məlumat yayıb.Adanın paytaxtı Nuukda nümayişə minə yaxın insan qatılıb. Eyni zamanda, Sisimut şəhərində də etiraz aksiyası keçirilib. Nümayişçilərin şüarlarında ingilis dilində "Yankilər, evə gedin" və "Biz satılmarıq" kimi ifadələr yer alıb.Seçkilərdə qalib gəlmiş "Demokratlar" partiyasının lideri Jens-Frederik Nielsen qəzetə bildirib: "Biz bir çox məsələlərdə fərqli fikirlər bildirə bilərik, amma bu məsələyə gəldikdə hamımız birik".
Diqqət Çəkənlər
Azərbaycanlı pianoçu Londonda solo konsert verib - VİDEO
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda
Test: Psixoloji yaşınız neçədir?