AZ

90 yaşlı qadın məsciddə yoxsullar üçün iftar yeməyi hazırlayır... - FOTO-VİDEO

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin cənub-şərqində, Qaziantepdə yaşayan 90 yaşlı Nazife Doğan sevincini könüllü işlərdə tapır.

Hafta.az xəbər verir ki, “Dailysabah” nəşrinin yazdığına görə, o, məscidin mətbəxində kasıb sakinlər üçün iftar yeməyi bişirir.

Nazifə də digər könüllülərlə birlikdə hər gün mətbəxə gəlir və gücü çatdığı qədər çalışır. O, iftar vaxtına qədər mətbəxdə qalır, vaxtını yetimlərə, dullara və kasıblara kömək etməyə həsr edir. Digər könüllülərlə çiyin-çiyinə çalışaraq xeyirxah işlərdə zəhmət və əzmkarlıq nümunəsi göstərir.

Digər fəallar isə dəfələrlə Nazifə Doğana deyirlər:

“Siz artıq qocalmısız, bunu sizin üçün biz etməliyik”. Lakin o, bacardığı qədər özü kömək göstərməkdə israr edir.

“Nəzifə xala hər gün bura gəlir, yemək bişirməyə kömək edir. Gəlmə desək də, o, təkidlə dedi ki, “Qızım, mən evdə qala bilmərəm. Mən gəlib sizə kömək etməliyəm. Mən də insanlara bir fayda vermək istəyirəm".

"Onun artıq 90 yaşı var, amma hər gün mətbəxdə işləyir”, - deyən könüllü Rəbiyə Aslan yaşlı qadının mehribanlığına heyran olduğunu gizlətmir. “O, duaları və yemək bişirmə bacarığı ilə bizə çox kömək edir. O, bizə bilmədiyimiz çox şeyi öyrətdi. Onun bizimlə işləməsinə çox şadıq. Bura gəlməsə, yaxşılıq edib Allahın mükafatını qazana bilməyəcəyini deyir. O, ehtiyacı olanlara səmimi qəlbdən kömək etmək istəyir və biz onun aramızda olmasını həqiqətən yüksək qiymətləndiririk”, - fəal deyir.

Seçilən
21
hafta.az

1Mənbələr