AZ

ABŞ-də qasırğa və tornadolar nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-də baş verən güclü qasırğa və tornadolar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Bu barədə  "CNN" kanalı bildirib.

Qeyd olunub ki, 15 nəfərin ölümünə səbəb tornado, digərlərinin isə qasırğalı küləklər və yanğınlar olub.

Məlumata görə, sürəti 130 km/saata çatan tornado ölkənin şərqinə doğru irəliləməkdə davam edir. Meteoroloqlar qasırğanın güclənəcəyi barədə xəbərdarlıq edib və sakinləri ehtiyatlı olmağa çağırıb.

02:49
ABŞ ərazisində tüğyan edən fırtına və tornadolar nəticəsində ən azı 16 nəfər həlak olub.

Bu barədə NBC News məlumat yayıb.

Qeyd olunub ki, Missuri ştatında on nəfər, Arkanzasda və Texasda isə hər birində üç nəfər təbii fəlakətin qurbanı olub.

Arkanzasın səkkiz qraflığında daha 29 nəfərin yaralandığı, Missuri ştatında isə 316 min istehlakçının işıqsız qaldığı qeyd edilib.

Bildirilib ki, tornado xəbərdarlığı ölkənin digər ştatlarında da edilib.
 
 

Seçilən
13
7
7news.az

10Mənbələr