AZ

“Turan Tovuz” – “Sumqayıt” matçına doğru: komandalarda SON DURUM

Misli Premyer Liqasının XVII turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, komandalar bu oyuna itkilərlə çıxıır. Ev sahibi klubun heyətində Emanuel Hakman cəzalıdırsa, Şəhriyar Əliyev, Denis Marandiçi və Roderik Miller zədəlidir. 4 futbolçu da meydana çıxa bilməyəcək.

“Sumqayıt”ın heyətində də itkilər var. İsa Suliman zədə səbəbindən bu görüşü buraxacaq. Cəzalı Miloş Miloviç də oyunu kənardan izləyəcək.

Zədəsini sağaldan Silvanus Limelinin durumu isə yaxşıdır. O, baş məşqçi Vaqif Cavadovun şans verəcəyi təqrirdə, meydana çıxa bilər.

Qarşılaşma saat 18:30-da start götürəcək.

Seçilən
11
idmanxeber.az

1Mənbələr