AZ

Ölkədə internetlə bağlı vahid onlayn platforma yaradılacaq

Azərbaycanda internet xidmətləri ilə bağlı vahid onlayn platformanın yaradılması nəzərdə tutulur.

AzPost bildirir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Vahid platforma Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində qeyd edilib.

İnternet telekommunikasiya xidmətləri barədə məlumatların onlayn əlçatanlığının təmin edilməsi, istehlakçıların internet xidmətlərinin xüsusiyyətləri, tariflər, qoşulma və ləğv şərtləri, kampaniyalar, xidmətə qoşulma üçün tələb olunan addımlar haqqında bütün məlumatların vahid dərc olunacağı onlayn platformanın konsepsiyası yaradılmalıdır.

Konsepsiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 25 avqust 2025-ci ildə təqdim edilməlidir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovdur.

Seçilən
51
azpost.info

1Mənbələr