AZ

Ölmüş şəxsin bank hesabı barədə haradan məlumat almaq olar?

Vəfat etmiş şəxsin respublikada fəaliyyət göstərən hansı bankda bank hesabının olması barədə məlumat haradan əldə edilə bilər?

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.

Odur ki, vəfat etmiş şəxsin hesabları və əmanətləri barədə məlumatlar Qanunvericiliyə müvafiq olaraq vərəsəlik işini aparan notariuslar tərəfindən müvafiq kredit təşkilatlarından əldə edilə bilər.

Bununla yanaşı nəzərə alınmalıdır ki, müştərilərlə banklar arasında bağlanılmış bank hesabları barədə müqavilələr, həmin şəxslərin hesabları və hesablar üzrə əməliyyatlarını əks etdirən məlumatlar Mərkəzi Bankda toplanmır.

Seçilən
8
azpost.info

1Mənbələr