"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya çempionatının 28-ci turunda "Vilyarreal"la qarşılaşmada (2:1) dubla imza atıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı fransalı matçın 17 və 23-cü dəqiqələrində fərqlənib.
Beləliklə, Mbappe "Real Madrid"dəki debüt mövsümündə bütün turnirlərdə 31 qol vurub. "Opta"-nın hesablamasına görə, fransalı ulduz "Kral klubu"nda ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu (30 qol) qabaqlayaraq 4-cü pilləyə yüksəlib.
Rekord İvan Samoranoya məxsusdur ("Real"da debüt mövsümündə 37 qol vurub). İkinci və üçüncü yerləri Kriştianu Ronaldu və Ruud van Nistelroy (hər biri 33 qol) bölüşürlər.
"Real Madrid" keçirdiyi 28 oyunda 60 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir. İkinci yerdə qərarlaşan "Barselona"nın 57 xalı var və 2 oyun az keçirib.
Mirağa