"Son günlər "söyüş müxalifəti” adlandırdığımız dəstə, şərəfsiz yığını, anti-milli ünsür koalisiyası üzərimə əməllicə hücuma keçib, haqqımda nə az-nə çox, düz 8 veriliş hazırlayıb, hər yerdə şəklimi manşetlərə verib. Olsun! Narahatlığım, çəkinəcək yerim yoxdur. Üstəlik, həmin verilişlərə də baxmıram və ürəyimi bulandırmıram. Amma Qabil kimi zatından xəbərsiz alçaq, Tural Sadıqlı kimi mürtəd, Qurban Məmmədov kimi ləyaqətsiz məxluq, Sevinc Osmanqızı kimi kardaşyanəsilli əxlaqsız bir şeyi dəqiq bilsin, qulağına sırğa etsin və unutmasın: Məni hazırki mövqeyimdən heç bir söyüş, heç bir təhqir, heç bir veriliş, heç bir haydı-huydu döndərə bilməz. Əsla və əsla! Əksinə, bundan sonra belə mənəviyyatsızlarla, öz dövlətinin və millətinin düşməni olan vətən xainləri ilə, xarici qüvvələrin, xüsusi xidmət orqanlarının əlində oyuncaq olan marianetlərlə daha geniş masştabda mübarizə aparacam və onların ifşası istiqamətində bütün resurslarımı səfərbər edəcəm! – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Onsuzda Qabillərin, Sevinclərin, Qurbanların, Turalların əli qandallı Bakıya dönmələrinə az qalıb. Lap az! Çün, bildiyim və eşitdiyim qədərilə artıq Avropa və Amerika istifadə müddəti bitmiş bu əşyaları, qırıntıları, süpürgə saplarını qorumaqdan imtina edib və çox yaxın günlərdə kütləvi ekstradisiya gözlənilir.
Şəxsən mənim ən çox intizarında olduğum səhnə isə onların təyyarədən düşmə səhnəsidir. Hər kəsə də tövsiyyəm budur, həmin səhnəni gözdən qaçırmasın. Çünki ölkədən kənarda şir-pələngə dönənlərin bir an içində necə dovşana çevirildiyini izləmək ayrı bir zövq olacaq....”– deyə Partiya sədri fikirlərinə davam edib.
