BAKI, TurkicWorld
Hava keyfiyyətinin monitorinqi ilə məşğul olan İsveçrənin IQAir şirkəti dünyada havanın çirklənmə səviyyəsinə dair yeni hesabatını yayımlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nəticələrə görə, Hindistanın Bynirhat şəhəri dünyanın ən çirkli şəhəri elan edilib. Siyahıda Hindistandan daha 13 şəhər yer alıb.
IQAir-in araşdırmasına əsasən, Çad, Banqladeş, Pakistan, Konqo Demokratik Respublikası və Hindistan hava çirkliliyinin ən yüksək olduğu ölkələrdir. Çadın paytaxtı N'Djamena ilk sırada yer alıb. Siyahıda istisna olaraq Qazaxıstanın Qaraqanda (3-cü yer) və Çinin Sincan-Uyğur Muxtar Rayonundan Hotan (17-ci yer) var.
Dünyanın ən çirkli 20 şəhərindən 13-ü Hindistanda yerləşir. Paytaxt Dehli ikinci sırada qərarlaşıb. Pakistan da siyahıya dörd şəhərlə daxil olub.
IQAir hesabatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hava keyfiyyəti standartlarına cəmi 7 ölkənin cavab verdiyi qeyd olunub. Bunlar:
Avstraliya
Baham adaları
Barbados
Estoniya
Qrenada
İslandiya
Yeni Zelandiya
Bu ölkələrdə hava çirkliliyi ÜST tərəfindən müəyyən olunan PM2.5 səviyyəsinin altında qalıb.
IQAir-in icraçı direktoru Christi Chester-Schroeder, iqlim dəyişikliyi və meşə yanğınlarının havanın çirklənməsini artırdığını bildirib. O, xüsusilə Cənub-Şərqi Asiya və Cənubi Amerika regionlarında yanğınların şiddətləndiyini qeyd edib.
Digər tərəfdən, Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun mütəxəssisi Christa Hasenkopf, ən azı 34 ölkədən etibarlı hava çirkliliyi məlumatlarının olmadığını irəli sürüb. IQAir isə bəzi regionlarda yalnız ABŞ diplomatik nümayəndəliklərində yerləşdirilən sensorlara güvənildiyini bildirib.
Bəzi Afrika ölkələrində, o cümlədən Çadda, Banqladeşdə və Pakistanda havanın real vaxt rejimində monitorinqinin mümkün olmadığı da vurğulanıb.