AZ

Ukraynanın yeni “Neptun” raketiylə ilk dəfə Rusiyanın hansı şəhərini vurduğu bəlli oldu…

Yazını böyüt
Yazını kiçilt

Ukrayna min kilometr mənzilli “Long Neptun”(ukr. “Dovqiy Neptun”-“Uzun  Neptun”) raketini uğurla sınaqdan keçirib və istifadə edib. Güman edilir ki,  həmin raketlə Tuapsedəki neft emalı zavodu vurulub.

Hafta.az “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Prezident Zelenskinin də  özünün telegram- kanalında sınaqdan keçirildiyini qeyd etdiyi “Uzun Neptunun” artıq döyüş şəraitində uğurlu istifadəsi, güman ki, martın 14-də Ukraynanın cəbhə xəttindən təxminən 300 mil məsafədə, Rusiyanın Tuapse şəhərindəki neft emalı zavodunun vurulmasıyla baş tutub.

“Tuapseyə bu hücum Ukraynanın ötən il hasilatı 10% azaltmış Rusiya neft obyektlərinə endirdiyi zərbələr seriyasının sonuncusu idi”, - jurnalistlər qeyd ediblər.

Xatırladılır ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının Qərargahında keçirilən iclasda Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Ukraynanın “Uzun Neptun” raketi artıq 1000 kilometr məsafədə düşmən hədəflərini vurmağa qadirdir və sınaqdan uğurla keçirilib.

Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk 2023-cü ilin dekabrında bildirmişdi ki, Ukrayna müdafiə sənayesi kompleksi "RK-360MC Neptun" kompleksi üçün raketlərin uzun mənzilli versiyasının yaradılması üzərində işləyir.

Bu kompleks Ukraynanın “Luç” konstruktor bürosu tərəfindən düşmən döyüş gəmilərini məhv etmək üçün hazırlanıb.

Daha əvvəl qeyd olunub ki, "R-360 Neptun" raketinin uçuş məsafəsi 280 km, sürəti isə 900 km/saat olub.

Seçilən
20
hafta.az

1Mənbələr