AZ

Turan Məmmədəliyeva: Vaqif Mustafazadənin musiqisində sehr, ənənə və işıqlı gələcək var

Bakı, 16 mart, АЗЕРТАДЖ

Vaqif Mustafazadə Azərbaycan cazının korifeylərindən və cazın klassik köklərini tamamilə yeni səviyyəyə çatdıran ən nadir nümayəndələrindən biridir.

Bu sözləri musiqişünas, “Qaya” Dövlət Ansamblının direktoru Turan Məmmədəliyeva görkəmli bəstəkar və pianoçu, caz-muğam janrının banisi Vaqif Mustafazadənin doğum günündə AZƏRTAC-a müsahibəsində bildirib.

“Vaqif Mustafazadə Azərbaycan caz tarixində yeni mərhələdir. Bu, orkestr cazı deyil, kombo tərkibindəki cazdır, bu, bibop dövrünün cazıdır, sərin, modal cazdır. Yəni, Vaqif Mustafazadə öz yaradıcılığında dünya cazının tamamilə fərqli mərhələlərini çox bacarıqla birləşdirib”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, Vaqif Mustafazadə də müasiri Rafiq Babayev kimi Vətənində və onun hüdudlarından kənarda, müxtəlif festivallarda, ittifaq respublikalarında və xaricdə caz mədəniyyətini layiqincə təmsil edib. “Niyə mən həmişə bu iki korifeyimizin adlarını paralel olaraq çəkirəm – çünki onların yaradıcılığı bir-birinə bağlıdır. Bunlar altmışıncı illərdəndir və bir-birinin yaradıcılığından ilham almış, ümumi ideya və axtarışlarla bağlanmış iki musiqiçidir. Nəticədə, hər ikisi öz unikal üslubunu inkişaf etdirdi. Mənim üçün Vaqif Mustafazadə, ilk növbədə, mənim ölkəmin, Azərbaycan xalqının təcəssümüdür. O, dahi caz musiqiçisidir. Bu, unikal səsdir. Bu, mənim bütün həyatımdır, uşaqlığımdır və təsadüfi deyil ki, mən Vaqif Mustafazadənin yaradıcılığını elmi işimin mövzusu seçmişəm. Onun musiqisində sehr, ənənə və çox işıqlı gələcək var. Dahi insan, Azərbaycan xalqının dahi oğlunun xatirəsini yad edirik”, - deyə musiqişünas əlavə edib.

Seçilən
6
azertag.az

1Mənbələr