AZ

Dostununun yasına qatılmama səbəbi viral oldu - “Pulun əsirisiniz!”

Bir neçə gün əvəl vəfat edən türkiyəli aktyor Şinasi Yurtsevərin yaxın dostu və həmkarı İlker Aksum dəfn mərasiminə qatılmayıb.

“Qafqazinfo” xəbər verir ki, İlker Aksum yas mərasiminə qatılmayacağını sosial şəbəkədə bağlı paylaşım edərək açıqlayıb:

“Dostlar, mənim 53 yaşım var və 35 ildir bu peşədəyəm. İlk dəfədir ki, işimdən şikayətlənirəm. Həyatda ən yaxın dostlarımdan biri olan Şinasi Yurtsevərin yasıdır, lakin mən iştirak edə bilmirəm. Bu gün çəkilişə qatılmasam, 150 nəfər pulundan olacaq. Nə deyim canım Şinasi, dostum məni bağışla”.

Aktyorun bu addımı yerli mediada birmənalı qarşılanmayıb.

Bunun ardınca o instaqram hesabında növbəti paylaşım edib:

“Əziz dostlar, Şinasi Yurtseverin dəfnində iştirak edə bilmədiyim üçün dünən açıqlama etdim. Peşəmdən şikayətlənim. Yüzminlərlə insan başsağlığı verib. Bir çoxu isə “sizin dünyanız budur!”, “pulun əsirisiniz” və s. kimi şərhlər yazmışdı. Baxın dostlar, mənim prodüserimin bu hadisədən xəbəri belə yoxdur. Başıma nə gələcəyini bilirəm. Dünən dedim ki, 150 nəfər pul qazana bilməyəcək. Ailələri ilə birgə 500 nəfər..”.

Seçilən
29
1
qafqazinfo.az

2Mənbələr