AZ

Kloze Mahiri sonadək ehtiyatda saxladı

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” Almaniya bundesliqasında növbəti oyuna çıxıb.

QOl.az xəbər verir ki, bu gün keçirilən 26-cı turun matçında Miroslav Klozenin komandası “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Justvan (4, 39) və Tsimas (45+4) vurublar.

M.Emreli ehtiyat heyətdə yer alıb və sonunadək oyunu texniki zonadan izləyib.

Bu qələbədən sonra xalını 41-ə yüksəldən “Nürnberq” 7-ci yeri tutur.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr