AZ

”Neftçi” ”Səbail”i məğlub etdi

Misli Premyer Liqasının XXVII turunda daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, "ASCO Arena"da "Neftçi" "Səbail"lə qarşılaşıb.

Samir Abasovun rəhbərlik etdiyi səfərdə qələbə qazanıb - 2:1.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik "Səbail" isə sonuncu - 10-cudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" (1:1) ilə, "Kəpəz" "Qarabağ"la (0:0), "Sabah" isə "Zirə" (1:1) ilə heç-heçəyə razılaşıb.


Telegram kanalımız
Seçilən
16
3
yenisabah.az

10Mənbələr