AZ

Yalnız Mbappe və Holand

Yalnız Kilian Mbappe və Erlinq Holand son beş mövsümün hər birində Avropanın aparıcı beş liqasında 20 və ya daha çox qol vura biliblər.

İdman.biz xəbər verir ki, "Real Madrid"in forvardı "Vilyarreal"la qarşılaşmada (2:1) dubla imza atıb.

Mbappe La Liqada mövsümün 26 oyununda 20 qol vurub və 3 məhsuldar ötürmə edib. Fransalı futbolçu bu mövsümdən Madrid klubunda çıxış edir, əvvəllər isə PSJ-nin formasını geyinib.

Holand isə “Brayton”la qarşılaşmada (2:2) penaltini dəqiq yerinə yetirib. "Mançester Siti"nin hücumçusu Premyer Liqada mövsümün 28 matçında 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Norveçli 2022-ci ildən "Siti"də çıxış edir, əvvəllər isə Dortmund "Borussiya"sının uğurları üçün çalışıb.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr