AZ

"Neftçi" "Səbail"i məğlub etdi

Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail"i məğlub edib. Metbuat.az xəbər verir ki, “ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb."Neftçi"nin heyətində Filip Ozobiç (17) və Elvin Camalov (29) fərqləniblər. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik “Səbail” isə sonuncu - onuncudur.

Seçilən
29
13
metbuat.az

10Mənbələr