Ukraynadakı vəziyyətin nizamlanması Kiyevin gələcək təhlükəsizlik zəmanətləri üçün ərazilərdən bir növ imtina etməsi ilə əlaqələndiriləcək.
SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ABC News telekanalına açıqlamasında deyib....Gələcək təhlükəsizlik zəmanətləri, Ukraynanın gələcək statusu üçün ərazilərlə variant nəzərdə tutulur.
Mayk Vals müvafiq sualı cavablandırıb.
Bundan əvvəl Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna ilə Rusiya arasındakı münaqişədə ərazi məsələsi mürəkkəbdir. Onun sözlərinə görə, bu məsələ daha sonra ətraflı müzakirə edilməlidir. Eyni zamanda o qeyd edib ki, Kiyev heç vaxt Krımı, Xerson və Zaporojya vilayətlərini, həmçinin Donetsk və Luqansk Xalq Respublikalarını Rusiya kimi tanımayacaq.
Əli Babayev