AZ

Ançelotti La Liqanı boykot etməklə hədələdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti istirahətə az vaxt qalmasından narazılığını bildirib.

Fanat.Az xəbər verir ki, o, komandasının martın 12-də “Atletiko” ilə çətin oyundan sonra İspaniya çempionatının 28-ci turu çərçivəsində ötən gün “Vilyarreal”la (2:1) qarşılaşdıqlarına görə şikayətlənib.

65 yaşlı italiyalının dediklərini Madrid klubunun saytı belə təqdim edib: 

"Komandamın xarakter və fədakarlıq kimi xüsusiyyətləri var. Ancaq bu həmişə olmur. Mən La Liqaya qəzəbliyəm. Yanvarın 3-dən bu yana göstərdikləri böyük səylərə görə bu oyunçulara təşəkkür etməliyik. Bu gün 72 saat istirahət etmədən oynayırıq. Biz La Liqaya iki dəfə oyunun vaxtını dəyişdirməyi xahiş etdik, amma heç nə olmadı. Növbəti dəfə 72 saatlıq istirahət müddəti verilməyəcəyi halda, oynayacağıq? Xeyr”.

Seçilən
2
fanat.az

1Mənbələr