AZ

Dieqo Simeone: “Barsa”ya bacardıqca çoxlu fəsad yaradacağıq”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 28-ci turunun “Barselona” ilə ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Barselona” – əla futbol oynayan möhtəşəm komandadır. Onun üçün bu həftə uğurlu alındı, bizim tapşırığımız isə – qarşıdakı oyunda onlara mümkün olduğu qədər çoxlu fəsadlar yaratmaqdır. Qələbə bizim, birinci yerə olan imkanlarımızı artıracaq, məğlubiyyətimiz halında isə “Barselona” çempionluğa daha yaxın olacaq”, deyə “El-Çolo” ləqəbli Dieqo Simeone vurğulayıb.

“Atletiko” – “Barselona” oyunu bu gün, martın 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (17 Mart) başladacaq.
27 oyundan sonra “Atletiko” 56 xalla İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Barselona” isə 26 oyundan 57 xalla mümkün lider qismində şərti olaraq 2-ci pillədədir.

La Liqaya 28 oyundan 60 xalla “Real” şərti lider qismində başçılıq edir.

Əlavə edək ki, komandalar arasında Barselonada keçirilmiş ilk oyunda “döşəkçilər” “blauqrana”nı 2:1 hesabı ilə məğlub ediblər.

Seçilən
5
arena.az

1Mənbələr