AZ

Palmer millidə forma geyinməyəcək

“Çelsi”nin “Arsenal”a 1:0 hesablı məğlubiyyətindən sonra baş məşqçi Enzo Mareska hücumameyilli yarımmüdafiəçi Koul Palmerin vəziyyəti ilə bağlı yeni açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “zadəganlar”ın lideri ötən gün aldığı yüngül zədə səbəbindən matçda meydana çıxa bilməyib. Mareska bildirib ki, Palmer mart ayında İngiltərə millisində oynamayacaq:

“Palmerin beynəlxalq fasilədən sonra zədədən qayıtmaq ehtimalı var. İngiltərə matçlarını buraxacaq? Əlbəttə, zədəli olduğu üçün bu gün oynamadı”.

İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində mart ayında Albaniya və Latviya ilə qarşılaşacaq.

Seçilən
5
futbolpress.az

1Mənbələr