Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Hatayspor” – “Sivasspor” matçında meydan sahibləri qələbə qazanıblar. “Rizəspor” isə doğma meydanda “Bodrumspor”a uduzub.
“Göztəpə” – “Eyüpspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Fənərbağça” isə “Samsunspor”la ev oyununda xal itkisi ilə üzləşib. Bu görüşdə qapılara qol vurulmayıb.
Beləliklə 28 turdan sonra 71 xal toplamış “Qalatasaray” vahid liderdir. 62 xalı olan “Fənərbağça” ikinci, 51 xallı “Samsunspor” isə üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”la “Eyüpspor”un 44, “Qaziantep”in 38, “Göztəpə”nin 37, “Başakşəhər”in 36, “Trabzonspor” və “Kasımpaşa”nın 35, “Rizəspor” və “Antalyaspor”un 33, “Konyaspor” və “Alanyaspor”un 31, “Bodrumspor”un 30 xalı var.
Türkiyə, Super Liqa
28-ci tur
14 mart
Qalatasaray – Antalyaspor 4:0
Qollar: Osimhen, 30; 45+3; 52. Morata, 45-pen.
15 mart
Qaziantep – Kayserispor 1:0
Qol: Okereke, 52.
Kasımpaşa – Alanyaspor 2:1
Qollar: Fall, 30. Hayradinoviç, 36-pen – Vilyena, 38.
Başakşəhər – Trabzonspor 0:3
Qollar: Banza, 6. O.Tufan, 62. Mendi, 87.
Konyaspor – Beşiktaş 1:0
Qol: U.Yazğılı, 45.
16 mart
Rizəspor – Bodrumspor 0:2
Qollar: K.Alikulov, 22-öz qapısına. E.Bardi, 62.
Göztəpə – Eyüpspor 1:1
Qollar: Romulo Kardoso, 71 – T.Bingöl, 65.
Hatayspor – Sivasspor 3:2
Qollar: Butobba, 30. R.B.Yılmaz, 55. Kilama, 65 – Koita, 23. Manay, 58.
Fənərbağça – Samsunspor 0:0