AZ

QHT könüllülərindən Novruz bayramına özəl iməcilik aksiyası - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllüləri Novruz bayramı və baharın gəlişi münasibətilə paytaxt və regionlarda iməcilik aksiyaları keçirir.

QHT.az xəbər verir ki, aksiyanın məqsədi ətraf mühitin abadlaşdırılmasına və təmizliyinə töhfə verməklə yanaşı, şəhər və kəndlərə baharın təravətini və yenilənmə ruhunu bəxş etməkdir. Bu çərçivədə İctimai Birliyin Lənkəran-Astara regionu üzrə könüllüləri tərəfindən Lənkəran rayonunda abadlıq işləri aparılıb, Xəzər dənizi sahilində isə genişmiqyaslı təmizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, RİİB könüllüləri daha əvvəl də müxtəlif ekoloji aksiyalarda, o cümlədən ağacəkmə tədbirlərində fəal iştirak ediblər və bu ənənəni davam etdirməkdədirlər. Aksiya çərçivəsində parkların və dənizkənarı ərazilərin təmizlənməsi, skamyaların boyanması, ağacların əhənglənməsi, güllərin əkilməsi, eləcə də quş və pişik yuvalarının qurulması kimi bir sıra abadlıq işləri görüləcək.

Seçilən
27
qht.az

1Mənbələr