AZ

Fransada futbol oyunu iğtişaşlara görə dayandırılıb

Fransa futbol çempionatının XXVI turunun "Monpelye" və "Sent-Etyen" komandaları arasındakı oyunu tribunalardakı iğtişaşlar səbəbindən dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “RMC sport” telekanalı məlumat yayıb.

"Monpelye" azarkeşləri meydana tüstü bombaları atmağa başladıqdan sonra oyun 57-ci dəqiqədə dayandırılıb. Baş hakim Fransua Leteksye hesab "Sent-Etyen"in 2:0 xeyrinə olduqda futbolçuları soyunub-geyinmə otağına aparıb.

"Monpelye" 15 xal toplayıb və turnir cədvəlində sonuncu, 18-ci yeri tutub. "Sent-Etyen" 20 xalla 17-ci pillədə qərarlaşıb.

Seçilən
23
2
ikisahil.az

3Mənbələr