AZ

Qəbiz olduğunu düşünürdü,bir neçə ay ömrü qaldığını öyrəndi-FOTO


ngiltərədə 46 yaşlı kişi, aylardır davam edən qəbizliyi və mədə problemlərini diqqətə almayıb. Dərinin rəngi saraldıqdan sonra narahat olub və həkimə gedəndə bağırsaq xərçəngi olduğu üzə çıxıb.

Medicina.az xəbər verir ki, sentyabr ayında dördüncü mərhələdə bağırsaq xərçəngi diaqnozu qoyulan Kev Kouls mədə ağrıları və həzm problemlərinə baxmayaraq, aşkar simptomlar olmadığı üçün uzun müddət xəstəxanaya getməyib.

Ağrıları getdikcə artan Kouls həkimə müraciət etdikdə ona dərman verilib və evə göndərilib.



Lakin vəziyyətin ciddiliyi Koulsun anormal tərləməyə başlaması və dərisinin rənginin sarıya çevrilməsi ilə üzə çıxıb.

Ətraflı müayinələr nəticəsində bədbəxt kişinin bağırsaq xərçəngi olduğu və xəstəliyin irəlilədiyi məlum olub.



Bağırsaqlarında 9 sm ölçüdə şiş aşkarlanan Kev Kouls xərçəngin qaraciyərinə metastaz verdiyini və bunun dəri sarılığına səbəb olduğunu öyrənib.

Oktyabr ayında kimyaterapiyaya başlayan Kev Koulsun qaraciyər çatışmazlığı səbəbindən bir neçə ay ömrü qaldığı müəyyən edilib.

Diaqnozdan sonra 35 kilo arıqlayan Kouls hərəkət qabiliyyətini itirib.

Kev Koulsun ailəsi 46 yaşlı kişinin nəcisində qan olmadığını və xərçəngin bədənini ələ keçirdiyini bildirib.



Aygün
Medicina.az


Seçilən
11
medicina.az

1Mənbələr