Almaniya 2-ci liqasında 26-cı tura yekun vurulub.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" "Qroyter"lə qarşılaşıb.
Operativ Media xəbər verir ki, matç Miroslav Klozenin yetirmələrinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli matçın 81-ci dəqiqəsində oyuna daxil olub və heçnə ilə yadda qalmayıb.