AZ

Misirdə kral məzarı tapılıb - 3500 ildən çox yaşı var

Misirdə qədim tarixə malik olan kral məzarı tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi açıqlama verib.

Pensilvaniya Universitetindən bir arxeoloji qrupun cənubdakı Abydosdakı Cebel Anubis nekropolunda apardığı araşdırma zamanı üzə çıxan  İkinci Ara Dövrə aid kral məzarı ilə yanaşı, Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxana aşkarlanıb: "Bu qəbirlər və emalatxana eramızdan əvvəl 1700-1600-cü illərə aiddir. Bu emalatxana qədim zamanlarda Doqquzuncu bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub. Hər iki kəşf Misirin turizm müxtəlifliyinə böyük töhvə verəcək".

Ləman
MİA.AZ

Seçilən
25
mia.az

1Mənbələr