AZ

Şimali Makedoniyada ölü və yaralı sayı 210-u keçdi – Matəm elan olundu


Şimali Makedoniya polisi Kocani şəhərində gecə klubunda 59 nəfərin ölümünə səbəb olan yanğınla bağlı 10 şübhəlini həbs edib.
Yeniavaz.com
yerli mətbuata istinadla xəbər verir ki, saxlanılanlar arasında klubun sahibi də var.
BBC prokurorluğa istinadən yazır ki, polis gecə klubuna lisenziya verən məmurları da həbs edib.
Qeyd edək ki, martın 16-da yerli vaxtla səhər saat 3:30 radələrində (Bakı vaxtı ilə 6:30) məşhur yerli musiqi qrupunun çıxış etdiyi klubda yanğın baş verib. Mövcud məlumata görə, yanğına pirotexniki vasitələrin atılması səbəb olub.
Martın 17-si səhər saatlarına olan məlumata görə, hadisə nəticəsində 59 nəfər ölüb, 155 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti 18-20 yaşlarındakı gənclərdir. Yaralılardan 18-nin vəziyyəti ağırdır.
Araşdırmanın ilkin nəticələrinə görə, gecə klubunun tavanının tez yanar materialdan hazırlandığı, binanın yalnız bir açıq çıxışı olduğu, digər yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunmadığı müəyyən edilib.
Klubun içindəkilərin çəkdiyi videolardan görünür ki, insanlar yanğını özləri söndürməyə çalışır və binanı tərk etməyə tələsmirlər. Şahidlərin sözlərinə görə, yanğının artması səbəbindən insanlar klubu tərk etməyə başlayandan sonra izdiham yaranıb.
Seçilən
8
yeniavaz.com

1Mənbələr