Ötən gecə İngiltərə Liqa kubokunun finalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, turnirin həlledici mərhələsində “Liverpul” “Nyukasl”la qarşılaşıb.
Matç Londonda, “Uembli” stadionunda keçirilib.
Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, “Nyukasl” kubokun qalibi olub.
Qeyd edək ki, “Nyukasl” 70 il sonra İngiltərədə kubok qazanıb.
“Liverpul” – “Nyukasl” - 1:2
Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52
Oyunun videoicmalını təqdim edirik: