AZ

Bu gün yazıçı Fərman Kərimzadənin anım günüdür

17 mart yazıçı - nasir, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadənin anım günüdür. 

Missiya.Az xəbər verir ki, yazıçı 1937-ci il martın 3-də Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəlib. 

12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb. F.Kərimzadənin imzası əsasən tarixi roman müəllifi kimi tanınır. 1967-ci ildə çap olunan “Qarlı aşırım” romanı, onun gələcək nəsillər üçün önəmli fikirlər ortaya qoyacağından xəbər verib. 

Görkəmli şəxsiyyət 1989-cu il mart ayının 17-də vəfat edib.

Zərintac Mayisqızı Missiya.Az 

Seçilən
13
missiya.az

1Mənbələr