AZ

David Alaba ən böyük arzusunu açıqladı: “İstəyirəm ki…”

“Real”ın 32 yaşlı avstriyalı mərkəz müdafiəçisi David Alaba ən böyük arzusu haqqında duyğusalcasına söhbət açıb.

Arena.az “Eurosport.de” dərgisinə istindən, avstriyalı futbolçunun bu barədə açıqlamasını təqdim edir:

“Dünya çempionatında iştirak… Bu, böyük arzudur, hansını ki, mən həqiqətən həyata keçirmək istəyirəm. Bütün komanda dünya çempionatında iştirak etmək haqqında xəyal edir. Özü də ancaq bu ildən etibarən yox, elə, çoxdan, əgər düzünü desək… Bax, məhz buna görə biz bunu etmək istəyirik. Biz də özümüzə təzyiq göstərildiyini hiss edirik, gözləntilər yüksəkdir. Amma biz, təzyiqin öhdəsindən gələ biləcək və bunu sevinclə qəbul edəcək bir komandayıq. Biz inanırıq ki, bunu edə biləcəyik”, deyə Alaba vurğulayıb.

David Alaba “Real”a 2021-ci ilin iyul ayında azad agent qismində “Bayern”dən keçib. Avstriyalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uzun müddət zədədən əziyyət çəkimiş Alaba cari mövsümdə Alaba “Real”ın heyətində bütün yarışlarda cəmi 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Alabanın “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 111 oyun, 5 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Alaba 2009-cu ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasının heyətində 105 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
12
arena.az

1Mənbələr