AZ

Fransada iğtişaş səbəbindən oyun dayandırıldı

Fransa Liqa 1-nin XXVI turunun “Monpelye” – “Sent-Etyen” oyunu yarımçıq dayandırılıb.

Msport.az xəbər verir ki, buna səbəb tribunalarda iğtişaşların yaranmasıdır.

Meydan sahiblərinin azarkeşləri meydana tüstü bombaları atdıqlarından, qarşılaşma 57-ci dəqiqədə dayandırılıb. Baş hakim futbolçuları paltardəyişmə otağına aparıb.

Qeyd edək ki, həmin dəqiqədə “Sent-Etyen” 2:0 hesabı ilə öndə olub.

Seçilən
6
msport.az

1Mənbələr