ABŞ-nin keçmiş prezidenti Co Baydenin imzaladığı əfv fərmanları etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyildir...
Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki səhifəsində yazıb.
Tramp qeyd edib ki, Baydenin verdiyi əfv fərmanları avtomatik imzanı təkrar istehsal edən cihaz tərəfindən imzalanıb.
“Co Bayden o fərmanları imzalamayıb, amma daha da əhəmiyyətlisi, onlar haqqında heç nə bilmir! Lazımi əfv sənədləri Baydenə izah edilməyib və ya onun tərəfindən imzalanmayıb. Bayden bu fərmanlardan xəbərsiz olub və fərmanları verənlərin cinayət əməlləri ola bilər”, deyə ABŞ-nin dövlət başçısı özünə məxsus sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bu ilin yanvarında Bayden narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 2500-ə yaxın adamın cəzasını yüngülləşdirib. Ağ Evin bəyanatında qeyd edilib ki, bu cinayətkarlar mövcud qanuna görə bu gün alacaqları cəza ilə müqayisədə qeyri-mütənasib şəkildə uzun həbs cəzası çəkirlər.
Press-relizdə həmçinin aydınlıq gətirilib ki, Bayden ABŞ tarixində hər hansı digər prezidentdən daha çox əfv və güzəştlər edib.
Poliqon.info