AZ

Xames Rodriges: “Argentina millisini hakimlər çempion etdilər”

Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriges iddialı açıqlaması ilə futbol icitmaiyyətinin diqqətini cəlb edib.

Arena.az “Marca” nəşrinə istindən məlumat verir ki, Rodriges, 2024-cü il Amerika Kubokunda Argentina yığmasının qalibiyyətinin arxasında hakimlərin və meydandankənar amillərin dayandığını açıq-aşkar iddia edib:

“Argentina yığması Amerika Kubokunun finalını kənar amillərin dəstəyi ilə qazanıb, məhz buna görə də biz ötən il çempion ola bilmədik. Mən əminəm ki, hakim buna böyük təsir göstərib. Finalda bizim lehimizə ən azı iki penalti təyin edilmədi. Bu, aşkardır. Nə üçün yarışın digər oyunlarında olduğu kimi, VAR-ın səs yazıları dərc edilmədi? Mənə görə, bütün bunlar qəribə və maraqlıdır”, deyə Xames Rodriges vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Amerika Kubokunun Argentina – Kolumbiya finalı “albiseleste”nin əlavə vaxtda 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. O vaxt da finalda hakim idarəçiliyi bütün yarış boyu olduğu kimi, çoxsaylı mübahisələrə səbəb olmuşdu.

Seçilən
1
arena.az

1Mənbələr