AZ

Bu ölkədə 7 günlük matəm elan edildi

Şimali Makedoniya hökuməti gecə klubunda 59 nəfərin ölümü və 155 nəfərin yaralanması ilə nəticələnən yanğından sonra 7 günlük matəm elan edib və təcili iclas çağırıb. Vətəninfo.az xəbər verir ki , bu barədə BBC məlumat yayıb.

Bundan əlavə, polis 15 nəfəri həbs edib. Daxili işlər naziri Pançe Toskovski həbs olunanların dindiriləcəyini bildirib. Onun sözlərinə görə, yanğınla bağlı rüşvət və korrupsiya faktlarının baş verməsindən şübhələnmək üçün əsaslar var. Nazir klubun fəaliyyət göstərmək üçün lisenziyasının olmadığını bildirib. Bu yer əvvəllər xalça anbarı olub, kluba çevrilib. Yalnız bir çıxışı var idi, arxa giriş qapısı kilidli idi və istifadə edilə bilməzdi.

Yanğın martın 16-da səhər saat 2:30-da ölkənin məşhur hip-hop dueti olan DNK-nın konsertinə 500-ə yaxın insanın toplaşdığı Kocani şəhərindəki Pulse klubunda baş verib. Qrupun yalnız bir üzvü sağ qalıb. O, xəstəxanada müalicə alır. 

İlkin məlumatlara görə, yanğına atəşfəşanlığın yanar materialdan hazırlanmış tavana dəyən qığılcımlar səbəb olub.

Həlak olanların və yaralananların əksəriyyəti 18-20 yaşlıdır. 

Seçilən
14
veteninfo.az

1Mənbələr