AZ

Ukrayna pilotsuz təyyarələrlə Həştərxana hücum etdi

Martın 17-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Həştərxan vilayətinə hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə qubernator İqor Babuşkin Telegram-da məlumat verib.

İ.Babuşkin rəsmi hava hücumundan müdafiə vasitələrinin hücumu dəf etdiyini iddia edir. Pilotsuz təyyarələrin hədəfi yanacaq-energetika kompleksi obyektləri olub.

Bir nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi 22 pilotsuz uçan aparatın məhv edildiyini, onlardan 13-nün Həştərxan vilayəti üzərində “ələ keçirildiyini və məhv edildiyini” bildirib.

Xəbər 7 dəfə oxunub.
Seçilən
45
xezernews.az

1Mənbələr