AZ

 Xərçəngə tutulan aktrisa saçlarını QIRXDIRDI

2024-cü ildə xərçəng diaqnozu qoyulan aparıcı Nursel Ergin ötən həftələrdə xəstəliyi ilə bağlı açıqlamalar verib. Ergin saçını qırxdırdığı görüntüləri paylaşaraq "Bu anı heç vaxt unutmaram", - deyə qeydində yazıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, 44 yaşlı aktrisa artıq kimyaterapiya aldığını bildirib.

Saçlarının uzandığı son paylaşımını paylaşan Ergin, xərçəng xəstələrinə  dəstək üçün bu addımı atdığını deyib:

 “Bunlar keçəcək. Bunları paylaşıram ki, motivasiya olasınız və özünüzü prosesə hazırlayasınız. Yazılan mesajlar ancaq xərçəng xəstələrinin kömək çağırışları haqdadır. Yazılar ki, güc səndədir. Güclü ol. Özünüzü daim motivasiya edin. Hər şey yaxşı olacaq. Yalnız sən özünü xilas edə bilərsən”.

Vasif

Seçilən
21
redaktor.az

1Mənbələr