AZ

Azərbaycanın qaz ixracından gəlirləri artıb

Bakı. Trend:

Ötən il Azərbaycandan xaricə 4,2 milyard kubmetr təbii qaz ixracedilib.

Trend DövlətGömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə təbii qazixracından əldə olunan gəlir 1,55 milyard ABŞ dolları olub.

Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə234 milyon kubmetr və ya 5,9%, dəyər ifadəsi ilə 91 milyon ABŞdolları, yaxud da 6,2% artıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə4 milyard kubmetr həcmində, 1,46 milyard ABŞ dolları dəyərindətəbii qaz ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2%çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyarddolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%)çoxdur.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki,bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfəazdır.

Seçilən
8
az.trend.az

1Mənbələr