Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan Kanye Uesti 11 yaşlı qızı Nortun "Lonely Roads Still Go to Sunshine" adlı yeni trekində iştirakına görə məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Şoumen keçmiş həyat yoldaşından daha əvvəl də məhkəmə yolu ilə mahnının yayımlamamasını istəyib. O, varisin reper P.Diddi ilə bağlı qalmaqala çəkilməsini istəməyib. KİV-in məlumatına görə, onlar trekin buraxılması ərəfəsində fövqəladə dinləmə keçiriblər, bu zaman musiqiçi mahnının yayımından imtina edəcəyinə söz verib. Lakin Uest daha sonra treki internetə yerləşdirib və indi Kardaşyan mahnının silinməsinə çalışır.
Trekin yayımlanmasından bir müddət əvvəl Uest onunla Kardaşyan arasında yazışmaların skrinşotlarını da yerləşdirib. Reper şəxsi mesajlarında keçmiş həyat yoldaşını “müharibə” ilə hədələyib.
Qeyd edək ki, martın 16-da Kanye Uest "Lonely Roads Still Go to Sunshine" də daxil olmaqla yeni treklərini buraxıb. Mahnıda Şon Şombs, onun oğlu Kristian "King" Kombs və Kanye Uestin qızı Nort yer alır. Mahnının əvvəlində reper P.Diddi ilə telefonla danışır, ona təşəkkürünü bildirir.