AZ

“Boz qurd” işarəsinə görə diskvalifikasiya olunan futbolçu öz heykəlini ZİYARƏT ETDİ – FOTO

Türkiyə millisinin futbolçusu Merih Dəmiral özünün Boludakı heykəlini ziyarət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, futbolçu Merih Dəmiral Boluda heykəli ilə “görüşüb”.

2024-cü ildə UEFA etdiyi jestinə görə Demiralı diskvalifikasiya edib. Hadisə Türkiyə milli komandasının 2024-cü il iyulun 2-də Almaniyada keçirilən Avropa Çempionatın 1/8 final oyununda Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi oyunda baş verib.

Həmin qarşılaşmada iki qol vuran və matçın ulduzuna çevrilən müdafiəçi Merih Dəmiral qoldan sonra tribunaları “Boz qurd” işarəsi ilə salamlayıb.

Bundan sonra Bolu Böyükşəhər Bələdiyyəsi onun şərəfinə heykəl ucaldıb.

Öz heykəlini ziyarət edən fitbolçu “Yəqin ki, UEFA bundan incimişdi, amma bunu etdiyimə görə şadam”, deyib.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr