AZ

Cicinin fərqli tərzi

Məşhur supermodel və Rabanne brendinin qlobal səfiri Cici Hadid Nyu-York şəhərində “Million Gold For Her” ətirinin təqdimatı üçün təşkil olunan pop-up tədbirinə qatılıb.

OLAY yazır ki, model gecədə müasir və zərif tərzi ilə diqqət çəkib.

Tədbirdə Cici zərif sarı maksi don geyinib. Donun axıcı və qatlı dizaynı ətir flakonunun qızılı rəngini və dəbdəbəli dizaynını əks etdirib. O, geyimini yarı şəffaf, qızılı çalarlı PVC plaş ilə tamamlayıb. Belini bağlanan kəmər və yuxarı qaldırılmış yaxa detallar isə ona daha güclü və eleqant görünüş qazandırıb.

Ayaqqabı olaraq qızılı dabanlı çəkmələr seçən Hadid aksessuarlara minimal yanaşmış, daha təbii bir makiyaj və qızılı-qırmızı dodaq boyası ilə gecəyə xüsusi parıltı qatıb. Saçlarını isə dalğalı və “wet-look” (islanmış effekt) tərzində arxaya yığıb.

Seçilən
10
olay.az

1Mənbələr