AZ

Husilər ABŞ təyyarə gəmisinin girov götürüb?- İDDİA

Yəmənin şimalında hakim olan şiə hərbi-siyasi Ənsar Allah (Husi) hərəkatı Qırmızı dənizin şimalında Amerikanın “Harri Truman” təyyarədaşıyan gəmisinə ikinci hücumu elan edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyyənin X sosial şəbəkəsində dərc olunan mesajında ​​deyilir.

“ABŞ-ın “Harry Truman” təyyarədaşıyan gəmisi Qırmızı dənizin şimalında ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb”, – deyə məlumatda bildirilir.

Bazar günü axşam saatlarında husilər təyyarədaşıyan gəmiyə hücumu elan edərək, bunu Husi hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 50-dən çox insanın ölümü və yüzdən çox insanın yaralanması ilə nəticələnən Yəmən ərazisinin bombalanmasına cavab adlandırıblar.

ABŞ hərbi aviasiyası mütəmadi olaraq husilərin qalası sayılan Yəmənin şimalındakı Səada əyalətinə hücumlar həyata keçirir.

Son günlər qismən Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin nəzarəti altında olan şimal-şərqdəki Mərib əyalətinə də hücumlar həyata keçirilib.

Seçilən
23
veteninfo.az

1Mənbələr